Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:35

Dindarlar yenə cümə namazına buraxılmadı


Sentyabrın 19-da bir qrup dindar Bakıdakı «Cümə» məscidinə ibadətə buraxılmayıb
Sentyabrın 19-da bir qrup dindar Bakıdakı «Cümə» məscidinə ibadətə buraxılmayıb
Sentyabrın 19-da bir qrup dindar Bakıdakı «Cümə» məscidinə ibadətə buraxılmayıb.
Məscidin qarşısında duran polislər bunu məscidin dolu olması və namaz qılmağa yerin qalmamasıyla izah ediblər. Dindarlar isə bundan narazı qalıblar:
«Nəzarət olunmağı yaxşıdı, amma Ramazan ayında içəri buraxılmamaq ayıbdı».
Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov isə deyib ki, məscidin içərisi doludu, çölündə isə namaz qılmağa icazə verilmir. Onun sözlərinə görə, polis şəhərin mərkəzində yerləşən bütün məscidlərə ictimai asayişin qorunması məqsədilə nəzarət edir.
Ötən ay Bakıda «Əbu Bəkr» adıyla tanınan məscidin partladılmasından sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərin çölündə namaz qılmağı qadağan edib.
Həmin vaxtdan sonra cümə namazları vaxtı dindarların ibadətində problemlər yaranır.
XS
SM
MD
LG