Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:43

Parlament Rüstəm İbrahimbəyova qarşı


Spiker bildirib ki, Rüstəm İbrahimbəyovun müsahibəsi ilə bağlı məsələnin müzakirəsi hələ davam etdiriləcək
Spiker bildirib ki, Rüstəm İbrahimbəyovun müsahibəsi ilə bağlı məsələnin müzakirəsi hələ davam etdiriləcək
«Rüstəm İbrahimbəyov ya açıqlama versin, ya da dediklərini təkzib eləsin. Aydınlaşdırsın görək o, nə demək istəyir»-, Milli Məclisin oktyabrın 31-də keçirilən iclasında deputat Yaqub Mahmudov belə deyib. O, yazıçı Rüstəm İbrahimbəyovun «Pravda» qəzetinə verdiyi müsahibəsinə etirazını bildirib. Y.Mahmudov müsahibədə ölkənin elitası ilə bağlı deyilənlərə etirazını bildirib.
Rüstəm İbrahimbəyov oktyabrın 30-da «Pravda» qəzetinə verdiyi müsahibəsində deyib: «Ölkənin gələcəyi onun elitasından asılıdır. İndi o yoxdur. Ən əsası – onun əmələ gəlmə mexanizmi pozulub. Həmin mexanizm indi hakimiyyət zirvəsinə ən yaxşıları seçmir. Ailə, pul, yerlibazlıq və korrupsiya düşüncəsi əsas götürülür. Ən layiqli irəli gedə bilmir, ya da onlar hamı kimi olmalıdır. Əks halda onlar həyat yolunun kənarına atılıb qalırlar».

Parlamentin iclasında sonra çıxış edən deputatlar Asəf Hacıyev, Bəxtiyar Əliyev, Nizami Cəfərov da yazıçının müsahibəsindəki fikirlərə görə təəssüfləndiklərini bildiriblər.

Pənah Hüseyn isə bildirib ki, əgər yazıçı hakim elitanı nəzərdə tutursa düz deyir.

Spiker Oqtay Əsədov Pənah Hüseyni oxumadığı şey haqqında danışmaqda günahlandırdı. Spiker bildirdi ki, məsələnin müzakirəsi hələ davam etdiriləcək.
XS
SM
MD
LG