Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:27

Jurnalistin qətlində ittiham olunanlara bəraət verildi


Moskva Hərbi Məhkəməsi təqsirləndirilənlərə bəraət verib
Moskva Hərbi Məhkəməsi təqsirləndirilənlərə bəraət verib
Moskva Hərbi Məhkəməsi jurnalist Anna Politkovskayanın qətlində ittiham olunan 3 nəfərə bəraət verib.

«Azadlıq» radiosnun rus xidmətinin verdiyi xəbərə görə, hakim bildirib ki, istintaq Cəbrail və İbrahim Mahmudov qardaşlarıyla polis zabiti Sergey Hacıkurbanovun qətlə aidiyyatı olduğunu sübuta yetirə bilməyib.

«Novaya Qazeta»nın müxbiri A.Politkovskaya Kremli, Putini və Çeçenistanın Moskvayameylli hakimiyyətini tənqdi edirdi.

A.Politkovskaya 2006-cı il oktyabrın 7-də evinin girişində güllələnmişdi. Hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən şəxsin xaricdə gizlənidiyini bildirirlər.

Öldürülən jurnalistin yaxınları isə Rusiya hüquq-mühafizə orqanlarından qatilin və qətlin sifarişçilərinin tutulmasını tələb edirlər.
XS
SM
MD
LG