Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 14:54

Tələbələr matəm elan olunmasını istəyirlər


Aksiya metronun «28 May» stansiyası yaxınlığında saat 2 radələrində başa çatıb
Aksiya metronun «28 May» stansiyası yaxınlığında saat 2 radələrində başa çatıb
Mayın 1-də yüzlərlə tələbə Neft Akademiyasında baş vermiş faciə ilə bağlı aksiya keçiriblər.

Tələbələr metronun «Sahil» stansiyasının qarşısından Cəfər Cabbarlı heykəlinə doğru yürüş ediblər. Onlar «Terrora yox!» «Matəm elan olunsun!» «Bayraqlar endirilsin!» «Tələbələr ölməz, Vətən ölməz!» şüarları səsləndiriblər.

Tələbələrin əsas iradı ölkədə matəm elan olunmaması ilə bağlı olub.

Aksiya metronun «28 May» stansiyası yaxınlığında saat 2 radələrində başa çatıb. «Azadlıq» radiosu müxbirinin verdiyi məlumata görə, polis də aksiyanın davam etdirilməsinə imkan verməyib.

Tələbələr bildiriblər ki, əgər şüarda səsləndirdikləri tələbləri yerinə yetirilməsə, gün ərzində və sonrakı günlərdə növbəti aksiyalar keçirməkdə israrlıdırlar.

«Azadlıq» radiosunun müxbiri xəbər verir ki, Neft Akademiyasının ətrafına xeyli sayda polis yerləşdirilib.

Aprelin 30-da Neft Akademiyasına silahlı hücum nəticəsində 13 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

XS
SM
MD
LG