Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 14:41

«Üstünüzə silahla gəlirlərsə, neyləyə bilərsiz?


Siyavuş Qarayev
Siyavuş Qarayev
«Dünən baş verənləri çox pis qiymətləndirirəm. Başqa necə qiymətləndirə bilərəm ki?»

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev aprelin 30-da baş verənləri bu cür xarakterizə edib.

Rektor «Azadlıq» radiosunun əməkdaşı ilə söhbətdə gələcəkdə tədris binasında təhlükəsizliyin artırılacağını da bildirib:

«Əlbəttə, mühafizə güclənəcək. Amma söhbət axı mühafizədən getmir. Əgər sizin üstünüzə silahla gəlirlərsə, sizin də silahınız yoxdursa, neyləyə bilərsiz?»

Rektor binanın girişində silahlı mühafizəçilərin yerləşdirilə biləcəyini istisna etməyib:

«Yəqin ki, belə bir addım atılacaq».
XS
SM
MD
LG