Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 11:37

Məhəmməd Xatəmi: «Video saxtadır»


Məhəmməd Xatəmi
Məhəmməd Xatəmi
İranın keçmiş prezidenti Məhəmməd Xatəmi deyib ki, onun İran azərbaycanlıları haqqında lətifə söylədiyi bildirilən video «montajdır» və saxtadır.

Xatəmi bunu seçkilərdə pis rəftarın nümunəsi adlandırıb, deyib ki, o, bütün insanlara hörmətlə yanaşır.

Xatəmi əlavə edib ki, videonu yaymaqda məqsəd onun dəstəklədiyi islahatçı namizəd Mirhüseyn Musəvinin seçki kampaniyasına ziyan vurmaqdır.

Musəvi prezidentlik yarışına qoşulandan sonra Xatəmi namizədliyini geri götürüb.

Həmin video İran azərbaycanlıları arasında etirazlar doğurmuşdu və Xatəminin üzr istəməsi tələbilə bir sıra aksiyalar keçirilmişdi.
XS
SM
MD
LG