Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:38

Prezidentlərin görüşü keçirilir


Prezidentlərin Moskva görüşü. 2 noyabr 2008
Prezidentlərin Moskva görüşü. 2 noyabr 2008
İyunun 4-ü Azərbaycan və Ermənistan prezidentləri-İlham Əliyevlə Serj Sarkisyanın Sankt-Peterburqda sayca 5-ci görüşü keçirilir. Prezidentlər Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər və Sankt-Peterburqda keçirilən 13-cü İqtisadi Forumda iştirak edəcəklər.

Müzakirənin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həllində 2007-ci ilin payızında ATƏT-in Madrid sammitində Minsk qrupu həmsədrlərinin təklif etdiyi əsas prinsipləri olacaq.

Xarici İşlər naziri Elmar Məmmədyarov görüşdən bir gün əvvəl deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən çox şey gözləmir. O bildirib ki, hər şey Ermənistanın konstruktiv mövqe tutmasından asılı olacaq.

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye isə açıqlayıb ki, masa üzərində həmsədrlərin hazırladığı konkret təkliflər var, sənəd imzalamaq isə prezidentlərin siyasi iradəsindən və cəsarətindən asılıdır.
XS
SM
MD
LG