Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 16:24

Göyərçin internetdən sürətlidir


80 km-lik məsafəni göyərçin 1 saat 8 dəqiqəyə qət edib
80 km-lik məsafəni göyərçin 1 saat 8 dəqiqəyə qət edib
Cənubi Afrikanın informasiya texnologiyaları şirkəti sübut edib ki, göyərçinlər ölkənin aparıcı internet provayderlərindən sürətli işləyirlər. Bunu «Reuters» Agentliyi xəbər verir.

Unlimited IT şirkəti 11 aylıq «Uinston» adlı göyərçinlə Pittermarisburq şəhərindən ölkənin cənub-şərqində yerləşən Durban şəhərinə məktub göndəriblər. 80 km-lik məsafəni göyərçin 1 saat 8 dəqiqəyə qət edib. Həmin ünvana internetlə göndərilən məktub isə 1 saata cəmi 4 faiz yüklənib. Ümumi yüklənmə 2 saat 6 dəqiqə vaxt aparıb.

Unlimited IT şirkətindən bildiriblər ki, bu aksiyanı onlar internetin zəifliyinə etiraz olaraq keçiriblər. Adı gedən şirkətin ölkədə 11 ofisi fəaliyyət göstərir və onların sürətli internetə ehtiyacları var.

«Reuters» Agentliyi bildirir ki, CAR-da internetin ötürmə qabiliyyəti zəif, qiyməti isə çox bahadır. Gözlənilir ki, Afrikanın cənubu ilə şərqini birləşdirmək üçün çəkiləcək 17 min km-lik optik kabel internetin sürətini artıracaq.

«Bunu, əsasən 2010-cu ilin iyun-iyul aylarında CAR-da keçiriləcək futbol üzrə Dünya Çempionatı ərəfəsində etmək vacibdir», - deyə Unlimited IT şirkəti şikayətlənir.
XS
SM
MD
LG