Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 18:45

«Karusel əməliyyatı» başladı


36 saylı dairənin məntəqələrində eyni adamın səs verdiyi müşahidə edilib. Özünü Ağayev Həsən Sərhət oğlu kimi təqdim edən seçici əvvəl 1 saylı məntəqədə səs verib, sonra isə 2 saylı məntəqədə səs verib. MSK-nın veb səhifəsində eyni adlı seçici yalnız 4 saylı məntəqədə qeydiyyatdadır.

36 saylı Xətai 4-cü seçki dairəsinin 2 saylı məntəqə komissiyasının sədri Vidadi Xanlarov Həsən Ağayev adlı seçicinin təkrar səs verdiyi barədə faktı təkzib edib. Lakin qeydiyyat sənədini göstərməkdən imtina edib.

***

Bələdiyyə seçkiləri haqqında
Şərhin var?
8 saylı Binəqədi 1-ci seçki dairəsinin 30 saylı seçki məntəqəsində AzadlıqRadiosunun müxbiri “karusel əməliyyatı”nın şahidi olub. Bir qrup qadın seçki məntəqəsinə daxil olub və “göstərin kimə səs verək” deyə komissiya üzvlərindən kömək istəyib.

Məntəqədən çıxanda AzadlıqRadiosuna müsahibə verən qadınlar əvvəl Cəbrayıl rayonunda qeydiyyatda olduqlarını deyiblər, sonra onlardan biri düzəliş edib ki, Binəqədidədirlər. Qadınlar daha bir neçə məntəqədə səs verməyə getdiklərini bildiriblər. “Hara desələr, ora da gedəcəyik. Birinə də gedərik, beşinə də” - qadınlar AzadlıqRadiosunun müxbirinə deyiblər.

Başqa bir pozuntu isə Gəncədə qeydə alınıb. Gəncədə 38 saylı Nizami ikinci seçki dairəsinin 37 saylı məntəqəsində bəzi seçicilərin barmaqları şüa ilə yoxlanmadan buraxılır.

Seçkiyə qızı ilə bərabər gəlmiş bir seçici də barmağına mürəkkəb vurulmadan və yoxlanmadan içəri buraxılıb. Özünü Məhəbbət müəllimə kimi təqdim edən seçici deyib ki, o məntəqənin yerləşdiyi 11 saylı məktəbin müəlliməsi olduğundan onu yoxlamırlar.

Mövzu ilə bağlı deməyə sözünüz var? "Azadlıq Meydanı"na gəlib şərh yazın
XS
SM
MD
LG