Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:33

25 qəpik yerinə niyə 5 manat tələb edirlər?


Bakının Nizami rayonunda yaşayan Daşqın Əliyev notariat kontorlarından birində imza təsdiqi üçün 25 qəpik dövlət rüsumu əvəzinə ondan beş manat aldıqlarını deyir. Daşqın Əliyev ondan dövlət rüsüumundan dəfələrlə artıq pul alınmasının səbəblərinə aydınlıq gətirmək istəyib, amma bütün suaları cavabsız qalıb.

Notariuslarla bağlı monitorinq aparan İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova deyir ki, bu sahədə ciddi korrupsiya halları üzə çıxıb. Hüquq müdafiəçisinin sözlərinə görə, 25 qəpiklik dövlət rüsumu əvəzinə vətəndaşdan on qat artıq pul alınması adi hala çevrilib.

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsində Notariat İdarəsinin rəisi Mehman Soltanov isə notariuslarda şəffaflıq olduğunu bildirir. Onun sözlərinə görə, bütün notarisularda dövlət rüsümlarını göstərən cədvəl hamının görə biləcəyi yerdən asılır. İdarə rəisi vətəndaşlardan imza təsdiqi üçün 50 qəpik rüsum əvəzinə 5 manat pul alınmasına inanmır.

“İndi bu məndə şübhə oyadır ki, imzanın təsdiqi üçün dövlət rüsumu 25 qəpik və əlavə haqqa görə də 25 qəpik. Bir az inandırıcı deyil imza təsdiqinə görə, o qədər rüsüm alınsın. Əgər belədirsə vətəndaş radioya müraciət eləməkdənsə elə yerində müraciət edib pulunu tələb edərdi”

Hüquq müdafiəçisi İradə Cavadova isə deyir ki, onların əldə etdikləri sənədlərin yalnız birinin arxasında imza təsdiqinə görə 25 qəpik rüsum alınmasıyla bağlı məlumat yazılıb. Amma həmin sənədi onlara təqdim edən şəxs də ondan 5 manat alındığını bildirib.

“Bu bütün respublika üzrə belədir. Hamı bilir ki, heç kimdən 25 qəpik alınmır, minimum üç manatdan beş manata qədər pul alınır. Etibarnəməyə gəldikdə buna görə dövlət rüsumu 10 manatdır, amma bizim monitorinqlər onu üzə çıxarıb ki, 10 manat əvəzinə 22 manat alınır”.

İradə Cavadova deyir ki, daşınmaz əmlakın alqı-satqısı zamanı, əmlakın özgəninləşdirilməsinin təsdiqinə görə 110 manat dövlət rüsumu əvəzinə adamlardan ən aşağısı 400 manat alınır.

Mövzu ilə bağlı AzadliqRadiosunun “Şəffaflıq” proqramında polemikanı dinləyin.
XS
SM
MD
LG