Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:22

Rüşvət əməliyyatı: 24 yol polisi və onların rəisi saxlandı


Türkiyə lirəsi
Türkiyə lirəsi
Türkiyədə Mərmərədəki limandan İsranbula yük daşımaqla məşğul olan sürüclərdən rüşvət almaq ittihamı ilə yerli yol polisinin rəhbəri də daxil olmaqla 24 polis əməkdaşı saxlanıb.

Əməliyyat yük daşıyan şirkətin müdarinin şikayəti ilə başlayıb.

CNN TURK televiziyasının məlumatına görə, adı açıqlanmayan şirkət sahibi bölgədəki yol polisinin sürücülərin maşına yol veriləndən artıq yük vurmasına icazə verdiyini, əvəzində isə onlardan rüşvət aldığını bildirib.

Bir ildir yol polisinə rüşvət verdiyini deyən şirkət sahibi son zamanlar onların ikiqat daha artıq pul istəmələrindən qəzəblənib. O, konkret adlarla hansı polisə nə zaman, nə qədər rüşvət verdiyini, polis əməkdaşlarının nömrələrini də qeyd edib.

Şirkət sahibi bildirib ki, bəzən polis əməkdaşlarından kimsə rüşvətdən imtina edirdi, amma dərhal da onu həmin yolda xidmətdən kınarlaşdırıdılar.

Rayon prokurorluğu üç gün əvvəl yol polisinin rəisini və yeddi polis əməkdaşını təqib edib.

Qaçaqmalçılıq və Təşkilatlı Cİnayətkarlıqla Mübarizə İdarəsi ilə birlikdə aparılan əməliyyat nəticəsində bu gün günorta saatlarında saxlanan polis əməkdaşlarının silahları və vəsiqələri əllərindən alınıb və onlar həbs ediliblər.

Bu işlə bağlı ümumilikdə 24 yol polisi əməkdaşı və rayon yol polisi idarəsinin rəisi istintaqa cəlb edilib.
XS
SM
MD
LG