Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:30

Məşhur yazıçının tarixi miniatürləri azərbaycanca çap edilib


Məşhur Avstriya yazıçısı Stefan Sveyqin 14 tarixi miniatüründən oluşan “Bəşəriyyətin ulduzlu saatları” adlı kitabı Alatatoran Yayınları seriyasından dərc olunub. (www.adyazar.az)

Sveyqin müxtəlif illərdə qələmə aldığı həmin 14 hekayə bu yazarın dünyada ən çox diqqət görən əsəridir.

Kitabın maraqlı ideyası var, Sveyqin öz sözləriylə desək:

"Tarix hər zaman yaradıcı olmamışdır..., tarixin içində də gündəlik və önəmsiz olaylar xeyli çoxdur.

Tarixdə də, sənətdə və gündəlik yaşamda olduğu kimi, çox görkəmli və unudulmaz anlara nadir hallarda rast gəlmək olur"...

Böyük yazıçı özünün bu kitabında tarixin həmin bu nadir rastlanan anlarının bir neçəsini təsvir edir. Tarixin təkərini döndərən həmin anlar hansılardır?

Bunlarla "Bəşəriyyətin ulduzlu saatları" əsərində tanış olacaqsınız.

Kitabın nəşri Almaniyanın Goethe-İnstitute mədəniyyət mərkəzi tərəfindən dəstəklənib.

Əsəri alman dilindən Ağalar Məmmədov çevirib.

Kitab "Qanun" nəşriyyat və poliqrafiya mərkəzində dərc edilib.
XS
SM
MD
LG