Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:32

Hacıqabulda Kürün bəndi bərpa olunub


Kür çayının Hacıqabul rayonu ərazisində dağılmış bəndi artıq bərpa olunub.

ANS TV-nin hadisə yerinə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu, gecə saatlarına kimi aparılan intensiv işlər nəticəsində mümkün olub. Bəndbərkitmə işlərinin başa çatması Şirvan şəhəri üçün yaranmış təhlükəni də aradan qaldırıb.

Mayın 23-də saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmuşdu. Sel sularının əhatəsində qalmış 4 kənd sakini Fövqəladə Hallar Nazirliyinin iki vertolyotu vasitəsi ilə xilas edilib. Eyni zamanda FHN-nin Mülki Müdafiə qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının köməkliyi ilə kənd əhalisinin qadınlar, uşaqlar, qocalar olan hissəsi evakuasiya edilib.
XS
SM
MD
LG