Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:22

«Sabirabadın bəzi kəndləri ölü qəbiristanlığa bənzəyir»


Oktay Güləliyev
Oktay Güləliyev
«Təbii fəlakətdən əziyyət çəkən Kürətrafı bölgələrdə vəziyyət barədə əsl həqiqətlər insanlardan gizlədilir»

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Kür» Vətəndaş Cəmiyyətinin nümayəndəsi Oktay Güləliyev deyib:

«Bakıdan Sabirabad görünmür. Bizim televiziyalar, mətbuat orada olanları görmür. Çox az sayda mətbuatı çıxmaq şərti ilə, medianın böyük hissəsi fəlakətlə bağlı informasiyalara böyük blokada yaradıblar. Hökumətin yaratdığı bu blokadaya qoşulub, məlumatların ictimailəşməsinin qarşısını alırlar».

Oktay Güləliyev deyib ki, Kürətrafı bölgələrdə vəziyyət hələ də kritikdir, fəlakətin aradan qaldırılması istiqamətində aparılan işlər yetərli səviyyədə deyil:

«Arazın yeni qolunun açılması yanlış proses idi. Odur ki, bu fiaskoya uğradı. Hazırda qolu yenidən bağlayırlar».

Bütün bunların səbəbini su təsərrüfatının normal idarə olunmamasında görən Oktay Güləliyev deyib ki, Azərbaycanda ekoloji siyasət də yoxdur:

«Sabirabadın bəzi kəndləri ölü qəbiristanlığa bənzəyir».

Oktay Güləliyev deyib ki, fəlakətdən əziyyət çəkəm insanlara cüzi kompensasiya verilir ki, bu da onları təmin etmir.


/Hazırladı: Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

EVLƏRİ SU ALTINDA QALANLAR MAŞINDA GECƏLƏYİR
XS
SM
MD
LG