Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 16:22

AŞPA-nın yay sessiyası başlayır


İyunun 21-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyası açılır. Sessiyanın birinci günü Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski başçılıq etdiyi təşkilatın sessiyalararası fəaliyyətindən danışacaq.

İyunun 21-dən 25-dək davam edəcək yay sessiyasında «Şimali Qafqaz regionunda insan hüquqlarının pozulması», «Avropada demokratiya: böhranlar və perspektivlər», «Azərbaycanda demokratik təsisatların fəaliyyəti», «İslam, islamizm və islamofobiya» və digər məsələlər müzakirə olunacaq.
XS
SM
MD
LG