Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 13:59

Ueyn Runi Almaniya ilə oyunu buraxmayacaq


İngiltərə yığmasının hücumçusu Ueyn Runi, iyunun 23-ü Sloveniya ilə keçirilən oyunda topuğundan aldığı zədəyə baxmayaraq, Almaniya ilə oyunda iştirak edə biləcək.

İngilislərin baş məşqçisi Fabio Kapellonun sözlərinə görə, o Runinin zədəsinin təfərrüatlarını bilmir, lakin əmindir ki, hücumçu almanlarla oyunda iştirak edəcək.
Bu haqda Goal.com internet saytı xəbər verir.

Sloveniya ilə keçirilən oyunun 72-ci dəqiqəsində Runi meydanı tərk etməyə məcbur olub. Kapello onu yarımmüdafiəçi Co Koulla əvəz edib. Sloveniya ilə keçirilən oyunda İngiltərə 1:0 hesabı ilə qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb.

İyunun 27-də İngiltərə Almaniya ilə qarşılaşacaq.
XS
SM
MD
LG