Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:48

Öldürülmüş 10 tibb işçisinin BYM-nin əməkdaşları olduğu təsdiqlənib


Ötən həftə Əfqanıstanda meyiti tapılmış 10 tibb işçisinin Beynəlxalq Yardım Missiyasının əməkdaşları olduğu təsdiqlənib.

Missiyasının direktoru Dirk Frans deyib ki, öldürülən əməkdaşlardan ikisi Əfqanıstan, 8-i xarici ölkə vətəndaşları olub.

ABŞ səfirliyi isə həmin 8 nəfərdən 6-nın Amerika vətəndaşı olduğunu bildirib. Bir nəfər Almaniya, digəri isə Britaniya vətəndaşıdır.

Beynəlxalq Yardım Missiyası bildirib ki, bu hadisə onların Əfqanıstandan çıxmasına səbəb olmayacaq.

XS
SM
MD
LG