Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:44

Britaniya BBC-yə də qənaət etmək qərarına gəlib


Britaniyada İkinci Dünya müharibəsindən sonra ən böyük qənaət tədbirləri paketini açıqlanıb. Maliyyə naziri Corc Osbornun oktyabrın 20-də elan etdiyi plana görə, 2014-2015-ci ilə qədər Dövlət büdcəsinin xərclərinin 83 milyard funt-sterlinq, təxminən 130 milyard dollar səviyyəsində azaldılacaq. Osborn bildirib ki, ölkədə uzun illər davam edən izafi borclanma hesabına xərclərin artması prosesini dayandırmaq məqsədilə bu addımları atmağa məcburdurlar.

Plana görə, vergilər artırılacaq, bəzi qruplar üçün sosial müavinətlər kəsiləcək, hökumət idarələrinin, nazirliklərin büdcələri təxminən 25 faiz həcmində azaldılacaq. Ən əsası bu plana görə 490 min işçinin ixtisarı da nəzərdə tutulub.

Qənaət tədbirləri ancaq iki sahədən yan keçəcək. Milli Səhiyyə xidməti və beynəlxalq yardımlara ayrılan xərclər azalmayacaq.

QƏNAƏT PLANI BBC-dən DƏ YAN KEÇMƏYİB
Corc Osborn


Demək olar ki, bütün sahələrdə olduğu kimi, Britaniyanın İctimai Yayım xidməti olan BBC də bu qənaət paketindən öz nəsibini alacaq. Son məlumatlara görə, hökumətlə BBC rəhbərliyi arasında gedən danışıqlar nəticəsində son olaraq bu şirkətin büdcəsinin 25 faiz yerinə, 16 faiz azaldılması haqda razılıq əldə edilib.

Razılığa əsasən, BBC Ümumdünya xidməti və BBC Monitorinqin, habelə qismən Uels İctimai TV-nın maliyyələşdirilməsi artıq hökumət hesabına olmayacaq.

Britaniya Yayımçılarının Həmkarlar İttifaqı bildirir ki, bu qənaət tədbirlərinin əsasən BBC Dünya xidmətindəki ixtisarlar hesabına aparılmasından narahatdırlar.

BBC-nin sözçüsü “Telegraf” qəzetinə ixtisar planının şərh etməkdən imtina edib.

Yayılan məlumatda sadəcə o deyilir ki, şirkət öncə bu məsələni öz işçiləri müzakirə edəcək. Amma artıq Dünya xidmətinin bəzi servislərinin ya tamamilə bağlanması, yada önəmli ixtisarlar olacağı haqda ehtimallar səsləndirilir.

BBC-nin AZƏRBAYCAN BÖLMƏSİNİN TALEYİ NECƏ OLACAQ?


BBC Dünya Xidmətinin Azərbaycan dilli radio xidmətinin rəhbəri Azər Xəlilov hələ ki, BBC radiosunun Azərbaycandakı yayımlarıyla bağlı heç bir elan edilmədiyini deyib.

Onun sözlərinə görə, bu qənaət tədbirlərinin vergiödəyənlərin (yəni əhalinin) hesabına həyata keçirilməyəcəyini təmin etmək məqsədilə BBC şirkəti televiziya tamaşaçılarından alınan lisenziya ödəmələrini növbəti 6 il müddətində (yəni, 2016-2017-ci ilə qədər) "dondurmağa", yəni əvvəlki səviyyədə saxlamağa razılaşıb. Beləliklə, 2014-15-ci il qədər planlaşdırılan qənaət ildə £340 milyon (təxminən 510 milyon dollar) civarında olacaq.

Britaniyanın Maliyyə naziri Corc Osborn həmçinin bildirib ki, BBC özünün onlayn fəaliyyəti xərclərini azaltmağa və yerli qəzet habelə müstəqil radio və televiziya kanallarını qorumaq üçün yerli media bazarına bundan sonra müdaxilə etməməyə razılaşıb.

BBC-nin illik büdcəsi 5.5 milyard dollardır. Bu büdcə əsasən tamaşaçıların ictimai yayıma görə ödədiyi haqq - lisenziya ödənişləri hesabına formalaşır. Bu da ildə adambaşına təqribən 230 dollara yaxındır.
XS
SM
MD
LG