Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:44

İslam Kərimov səlahiyyətlərinin bir hissəsini parlamentə verir


İslam Kərimov
İslam Kərimov
Noyabrın 12-də Özbəkistan prezidenti İslam Kərimov parlamentdəki çıxışında ölkə konstitusiyasına bir neçə dəyişiklik təklif edib.

Özbəkistanın xəbər agentlikləri bildirir ki, prezidentin təklifləri parlamentin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlıdır.

Kərimov təklif edib ki, Baş nazir postuna namizədləri parlamentdə çoxluq qazanan partiya irəli sürsün. Qüvvədə olan qanunvericiliyə əsasən, bu səlahiyyət prezidentdədir.

Bundan başqa, prezident deputatlara hökumətə etimadsızıq göstərmək hüququ verilməsini də təklif edib.

Konstitusiyaya dəyişiklik təşəbbüsünü Kərimov «ölkənin demokratikləşməsində yeni mərhələ» adlandırıb.

İslam Kərimov ölkə konstitusiyasının müvəqqəti prezidentin seçilməsinə dair bölməsinin də dəyişməsinin tərəfdarıdır. İndiki Konstitusiyaya əsasən, prezident səhhəti ilə əlaqədar səlahiyyətlərini yerinə yetirə bilmədikdə parlamentin hər iki palatası deputatlar və senatorlar arasından müvəqqəti prezident seçməlidir. Kərimov təklif edib ki, bu halda prezident səlahiyyətləri müvəqqəti olaraq senatın sədrinə keçsin.

İslam Kərimov 1989-cu ildən Özbəkistan dövlətinə rəhbərlik edir. O, artıq üçüncü dəfə prezident seçilib.

Özbəkistan Konstitusiyasına son dəyişiklik bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın ləğvi ilə bağlı olub.
XS
SM
MD
LG