Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:23

Polisə müqavimətdə təqsirləndirilən daha iki dindar saxlanıb


Azərbaycan paytaxtında daha iki dindar həbs edilib. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, saxlanılanlar Hövsan qəsəbə sakini Nurəddin Darafərin və Bülbülə qəsəbə sakini Babək Həsənovdur. Onların hər ikisi polisə müqavimət göstərməkdə təqsirli bilinir. Yanvarın 10-da tutulan dindarların barəsində məhkəmə qərarının olacağı gözlənilir.

Yanvarın 7-də dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və AİP sədrinin sürücüsü Mirhüseyn Kazımov saxlanılıblar. Saxlanılan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Yanvarın 9-da isə Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli Yasamal polisi tərəfindən saxlanıb, məhkəməyə gətirilib, sonra isə azad edilib.
XS
SM
MD
LG