Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:39

«Facebook»da yeni kampaniya başladılıb


«Facebook»da yaradılan «11 Mart - Böyük Xalq Günü»nün əleyhinə «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» kampaniyası başlayıb. Kampaniyanın təşkilatçılarının əsas şüarı belədir: «Ölkəmizin ürəyi Bakıdakı ən kiçik iğtişaş Qarabağın itirilməsinə gətirib çıxara bilər!»

Qrupun yaradısının gənc deputatlığa namizəd Turan İbrahimov olduğu bildirilir. Yaradılan qrupa indiyədək 99 istifadəçi üzv olub.

«11 Mart - Böyük Xalq Günü»qrupu isə martın 11-də «Facebook»da keçiriləcək aksiyaya 30 mindən çox istifadəçini dəvət edib.

Martın 7-dək 2 min 886 nəfər virtual etiraz aksiyasında iştirak edəcəyini bildirib. 5 min 65 nəfər dəvətə rədd cavabı verib. 1911 nəfərin cavabı «ola bilsin, iştirak etdim» olub. 22 min 969 nəfər isə hələ dəvəti cavablandırmayıb.

Daxili İşlər Nazirliyindən martın 7-də bildiriblər ki, internetdə etiraz askiyalarına çağırılardan xəbərdardırlar. İcra strukturlarına ilə razılaşdırılmayan hər hansı tədbirin qarşısı alınacaq.
XS
SM
MD
LG