Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:35

Prezidentin seçdiyi və seçmədiyi incəsənət adamları...


Firudin Allahverdi
Kinorejissor Rövşən Almuradlı, bəstəkarlar Firudin AllahverdiElmir Mirzoyev incəsənət adamlarına verilən təqaüdlər və fəxri adlar barədə fikirlərini bildirirlər.

Firudin Allahverdi:

- Mən əminəm ki, prezidentin mənim ictimai-siyasi fikirlərimdən xəbəri yoxdur. Çox istərdim ki, olsa belə, mənim barəmdə fikirlərində dəyişiklik olmasın ümumiyyətlə. Amma dövlətin verdiyi adlara qarşı münasibətim mənfidir. Mən bu adları vaxtı keçmiş hesab edirəm və ümumiyyətlə, bu adların verilməsinə qarşıyam... Bu ölkədə problemlərin başlıca səbəbi liberal iqtisadiyyatın olmamasıdır. Mən necə təqaüd aldım? Mən Bəstəkarlar İttifaqının üzvüyəm. Məni çağırdılar ora, dedilər ki, biz istəyirik sənə ayda 200 manat pul verək. Dedim verin, alıram. Amma mən çox istərdim ki, bu pul mənə heç bir maraq olmadan, yazdığım əsərlərə görə verilsin.
Rövşən Almuradlı

Rövşən Almuradlı:

- O pul qazanılmalıdır. Dəyər yaradan insanın, yaradıcı insanın qiyməti verilməlidir. Və o qiyməti layiqincə almalıdır. Sadəcə, ələbaxan kimi böyüməməlidir ki, kimsə mənə nəsə verəcək və ya verməyəcək. Bu nə ilə, hansı kriteriyalarla ölçülür, kimlər tərəfindən qiymətləndirilir - bu, mənim üçün anlaşılmaz bir şeydir. Adlar sovet ölkələrində olduğu kimi, başqa dövlətlərdə də var. Məsələn, Türkiyədə dövlət sənətçisi. Bu, artıq dövlətin hər hansı bir sənətçiyə dövlət üçün, dövlətin inkişafı üçün etdiyi dəyərlərin qiymətidir. Bu seçim haradasa olmalıdır. Bunun özü də siyasi baxışlarından, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, yalnız yaratdığı dəyərlərin qiyməti kimi qiymətləndirilməlidir.
Elmir Mirzoyev
Mənə elə gəlir ki, burda haradasa bir əyinti var. Bu, davam edir.

Elmir Mirzoyev:


- Azərbaycanda ümumiyyətlə, azad yaradıcılıq yoxdur. Kimsə Heydər Əliyev haqqında simfoniya yazır, hesab edir ki, bununla dövlətdən nəsə güzəşt ala biləcək. Başqa bir bəstəkar Heydər Əliyevə ithaf etdiyi əsəri başqa ölkədə deyir ki, bu əsəri Rastropoviçə həsr etmişəm. Qeyri-səmimiyyətdir. Hakimiyyətə də yararlı deyil bu, yəqin ki...

XS
SM
MD
LG