Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 16:44

Həbsxanalarda kondisionerlər quraşdırılacaq


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycanda cəzaçəkmə müəssisələrində müasir tipli kondisionerlərin quraşdırılması nəzərdə tutulur.

Bunu iyulun 29-da jurnalistlərə Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

«Bu məsələlərə baxılacaq və cəzaçəkmə müəssisələrinə ən müasir tipli kondisionerlər qoyulacaq. Biz istəyirik ki, bizim məhkumların otaqları ofis kimi olsun, onlar «Skype»da danışa bilsinlər, internetə çıxış imkanları, otaqlarında bir neçə telefonları olsun və cəmiyyətlə, xarici aləmlə əlaqələri sıx olsun. Lakin bütün bunlar qanunvericilik çərçivəsində olmalıdır», - M.Quliyev bildirib. /Trend/
XS
SM
MD
LG