Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 20:35

Sürücülər Yol Polisini «day-day»ları ilə danışdıra bilməyəcəklər


Foto: Arxiv
Foto: Arxiv
Yol Polisi (DYP) inspektorlarına qayda pozan sürücülərin təkidi ilə telefonla danışmamaq barədə tapşırıq verilib.

Bu barədə DYP-nin Yol Patrul Xidmətinin rəisi Ərəstun Məcidov bildirib.

Ə.Məcidov deyir ki, bəzi sürücülər yol hərəkəti haqqında qanunun tələblərini pozur, DYP əməkdaşı onu saxladıqda həmin şəxslər müxtəlif insanlara zəng vurur:

«Həmin sürücülər bu yolla DYP inspektorlarının işinə mane olur və polis əməkdaşından «day-day»ları ilə danışmasını tələb edir. Baş verə biləcək neqativ halların aradan qaldırılması üçün DYP inspektorlarına bu kimi hallarda telefonla danışmamaq barədə göstəriş verilib». /lent.az/
XS
SM
MD
LG