Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:51

Fransa prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb


Nikola Sarkozi
Nikola Sarkozi
Fransa prezidenti Nikola Sarkozi (Nicolas Sarkozy) oktyabrın 6-7-də Cənubi Qafqaza səfər edəcək.

Bu barədə «Trend» «Reuters»ə istinadən xəbər verir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov məlumatı təsdiqləyib və qeyd edib ki, Nikola Sarkozi Azərbaycana oktyabrın 7-də səfər edəcək. Sarkozi Azərbaycana səfər edən ilk Fransa prezidenti olacaq.

Səfər ərəfəsində Azərbaycanla Fransa arasında əməkdaşlıq məsələləri sentyabrın 23-də Parisdə Azərbaycan-Fransa ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında müzakirə olunacaq.

İclasda Azərbaycanın nümayəndə heyətinə Maliyyə naziri Samir Şərifov, Fransa nümayəndə heyətinə isə xarici ticarət üzrə dövlət katibi Pyer Leluş (Pierre Lellouche) rəhbərlik edəcək.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2011-ci ilin yanvar-iyulunda Azərbaycanla Fransa arasında mal dövriyyəsi 2.69 milyard dollar təşkil edib.
XS
SM
MD
LG