Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:38

Ziyalılar «2 aprelçilər» və Bəxtiyar Hacıyevlə bağlı prezidentə müraciət edirlər


Sentyabrın 29-da keçirilən Ziyalılar Forumunun iclası
Sentyabrın 29-da keçirilən Ziyalılar Forumunun iclası
Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Rafiq Əliyev, Eldar Namazov və başqa ziyalılar siyasi məhbusların azadlığa buraxılması ilə bağlı prezidentə müraciət edəcəklər. Bu haqda qərar sentyabrın 29-da Ziyalılar Forumunun iclasında verildi.

Eyni zamanda, onlar həbsxanalara gedəcəklər. Ziyalılar həbsxanalarda İctimai Palatanın 2 aprel aksiyasında həbs olunanlara və hərbi xidmətdən yayınmaqda ittiham edilərək 2 il azadlıqdan məhrum edilmiş Bəxtiyar Hacıyevə baş çəkəcəklər. Təklifi irəli sürən yazıçı Əkrəm Əylisli oldu:

«Hətta bizi onun yanına buraxmasalar da, ora getməliyik. Qoy bizi buraxmasınlar. Amma biz gedək».

Təklif yekdilliklə qəbul olundu.

Şair Ramiz Rövşənsə əlavə etdi ki, tək Bəxtiyar Hacıyevin yox, 2 aprel aksiyasında həbs olunanların hamısının yanına getmək lazımdır.

Ziyalılar bu gün həm də ölkədə mənəvi dəyərlərin, əxlaqın deqradasiyaya uğramasının səbəblərini müzakirə etdilər. Onlar bununla bağlı da ölkə rəhbərliyinə müraciət edəcəklər. hələlik sənəd üzərində iş gedir.
XS
SM
MD
LG