Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:28

"Xural" qəzeti oxuculara kitab hədiyyə edir


"Xural" qəzeti Azərbaycan mətbuatında ilk dəfə olaraq oxuculara son illərdə çap edilmiş bədii əsərləri kuponla qazanmaq imkanı yaradıb.

Qəzetin əməkdaşı, yazıçı Seymur Baycanın "Oxu zalı"na verdiyi məlumata görə, ilk olaraq bir müddət əvvəl "Xural" qəzetində dərc edilmiş 5 kuponu redaksiyaya təqdim edən şəxslərə vətənpərvərlik şeirlərindən ibarət disk hədiyyə edilib.

Bəzi oxucular kuponları qəzet redaksiyasına poçtla göndəriblər və hədiyyələr də onlara poçtla çatdırılıb.

Bununla qəzet həm öz satışını artırmağa çalışıb, həm də oxucularla yazıçı, şairlər arasında körpü yaratmağa cəhd edib.

Onlarla disk bu yolla oxuculara çatdırılıb.

Oktyabrın 11-dən isə qəzet yenidən kupon dərc etməyə başlayıb. Bu dəfə redaksiyaya 8 kupon təqdim edən şəxslərə yazıçı, alim Kamal Abdullanın romanları və elmi kitabları təqdim edilib.

Yaxınlarda isə bu yolla oxuculara Sabir Rüstəmxanlının kitabları hədiyyə ediləcək.
XS
SM
MD
LG