Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 17:34

Əli Həsənov: “Bizim milli dəyərimiz olan ziyalılarımızı qorumağa çağırıram”


“Azərbaycan xalqının mili sərvəti ziyalılarırıdır. Hər bir xalqa dünyada onun ziyalıları, məşhur adamları ilə qiymət verirlər.

Çox təəssüf ki, bəzən Azərbaycan mətbuatında milli dəyərimiz hesab olunan ziyalılarımız barədə müxtəlif yazılar yazılır”.

Kulis.az-ın məlumatına görə, Əli Həsənov bu sözləri Gəncədə Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunan “Dövlət müstəqilliyimiz və media” konfransında bildirib.

Əli Həsənov son zamanlar mətbuatda Mirzə Cəlil, Sabir, Bəxtiyar Vahabzadə ilə bağlı polemikalarla razılaşmadığını deyib.

O bildirib ki, xalqın milli dəyəri olan ziyalıların milli kimliyi, onların şəxsi həyatı və digər məsələlərlə bağlı mətbu polemikaların açılması zərərlidir:

“Azərbaycan mətbuatı ciddi ziyalılara önəm verib, onların fikirlərini işıqlandırıb. Mən redaktorlara çağırış edirəm, bu missyanı davam etdirsinlər. Bizim milli dəyərimiz olan ziyalılarımızı qorumalıyıq”.
XS
SM
MD
LG