Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 07:02

Steve Jobs haqda kitab - 2011-ci ilin ən çox satılan kitabı ola bilər


Əlbəttə, Azərbaycan ədəbiyyatının klassiki “Şübhədir həqiqətin anası” deyib, amma dünyanın kompüter, telefon və proqram təminatı istehsal edən lider şirkətlərindən olan “Apple”ın əfsanəvi rəhbəri Steve Jobs ömrünün sonunda öz ifrat skeptisizminə çox təəssüflənirdi. Artıq gec olsa da...

2003-cü ildə mədəaltı vəzində bədxassəli şiş tapılanda Jobs 9 ay cərrahiyyə əməliyyatından imtina etmiş və alternativ təbabət üsullarından, müalicəvi otlardan, vegetarianlıqdan, aclıqdan, psixiatr məsləhətlərindən istifadə etmişdi.

Bir neçə həftə qabaq xərçəng xəstəliyindən ölən amerikalı biznesmen Steve Jobs haqqında 656 səhifəlik kitab çap olunub.

AP agentliyi CNN şirkətinin keçmiş rəhbəri, “Time” jurnalının redaktoru Walter İsaacson-un yazdığı həmin kitabdan parçalar dərc edib.

Kitab Jobs-un özü və onun onlarla dostu, tanışı, qohumu ilə müsahibələr əsasında yazılıb.

Bundan başqa kitabda Jobs-un Amerika prezidenti Barak Obamaya xəbərdarlıq etməsi əhvalatı da yer alıb. “Siz bu siyasətlə yalnız bir dəfə prezident seçilə bilərsiz” – deyə Jobs 2010-ci ilin payızında Obamayla görüş zamanı bildirmişdi.

“Apple” rəhbəri prezidenti ABŞ-da özəl biznesə daha əlverişli imkanlar yaratmağa çağırmışdı. Onun fikrincə, prezident administrasiyası Amerika şirkətlərini öz bizneslərini Çinə köçürməyə məcbur edən “lazımsız normaları” ləğv etməli idi...

Steve Jobs haqda yeni kitab - dünyanın ən böyük kitab satışı şəbəkəsi olan Amazon.com-da 2011-ci ilin ən çox satılan kitabı ola bilər. Bu haqda Amazon.com-un təmsilçisi bildirib.

Kitab artıq Amazon.com-da ən çox satılan kitabların siyahısına başçılıq edir. Kitaba çox böyük tələbat var. "Kindle" e-kitab oxuma qurğularının sahibləri də indi ən çox bu kitabı sifariş etməkdədir.
XS
SM
MD
LG