Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:41

Rus Poçtu korrupsiya ilə mübarizəyə qoşulur


Arxiv foto
Arxiv foto
Rusiya Poçtu yeni proqramın reallaşmasına başlayır. Qurum vətəndaşlara poçt işçilərinin fəaliyyətlərindəki nöqsanlar və su-istifadə halları haqda məlumatları çatdırmaq imkanı verir. Bu məqsədlə yeni etimad xətti açılır.

Rusiya Poçtu təşkilatdakı korrupsiya haqda faktları toplamaqla yanaşı vəzifə səlahiyyətlərini aşan şəxsləri də cəzalandıracaq.

Qurumun rəhbərliyi vəsaitin effektsiz və israfçılıqla xərclənməsinin qarşısını almaq yönündə də ölçülər götürəcək.

Təşkilatdan deyiblər ki, vətəndaşlardan gələcək bu yöndəki məlumatlara kənar şəxslərin əli çatmayacaq. Bu cür məlumatları yığan işçilərsə onu yaymamaq haqda məsuliyyət daşıyırlar.

Rusiya qanunlarına görə, rüşvət vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə korrupsiya sayılır. Amma bu da var ki, yalançı, böhtan xarakterli məlumata görə də Rusiyanın Cinayət Məcəlləsində cəza nəzərdə tutulur.
XS
SM
MD
LG