Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:49

Herta Müller - Markesi tənqid etdi


2009-cu ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı, rumın-alman yazıçısı Herta Müller digər Nobel mükafatçısı, Kolumbiya yazıçısı Qabriel Qarsia Markesi Kubanın keçmiş prezidenti Fidel Kastroya loyal münasibətinə görə tənqid edib.

"Mən onu anlamıram. Siyasət adamı kimi mövqeyini anlamıram. Kubanın gələcəyinin necə olacağından asılı olmayaraq, bu mövqe məndə təəssüf doğurur" - deyə H.Müller ötən bazar Meksikanın "Preceso" jurnalına verdiyi müsahibədə bildirib.

H.Müller Markesin "Yüz il tənhalıqda" və "Patriarxın payızı" əsərlərinin onun üçün "magik realizm üslubunda təsvirlər baxımından" mühüm olduğunu deyib. .

OxuZali.az Frens press agentliyinə istinadla xəbər verir ki, H.Müller Meksida Qvadalaxara Kitab Yarmarkasında iştirakı ərəfəsində jurnala verdiyi müsahibədə deyib ki, Latın Amerikası yazıçıları arasında olan ümumi ovqatı - onların solçu liderlərə dəstəyini anlamır.

O. bir neçə il əvvəl Latın Amerikası ölkələrinə səfər etdiyini və orada özünü solçu kimi təqdim edən yerli yazıçılarla "ciddi müzakirələrdə iştirak etdiyini" bildirib.:

"Mən onlara dedim ki, sol təmayül yeganə alternativ deyil. Ayaqqabının sol tayı da var. sağ tayı da. Və onların ikisi də eynidir .

H.Müller diktator Çeuşeskunun Rumıniya hökumətinə rəhbərlik etdiyi dövrdə təqib edilib və əsərləri senzuraya məruz qalıb. O, dünyadakı avtoritar rejimləri ardıcıl olaraq tənqid edir.
XS
SM
MD
LG