Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:43

Rusiya Azərbaycan ərazisində yeni RLS tikir


Peterburqda «Voronej» radiolokasiya stansiyası
Peterburqda «Voronej» radiolokasiya stansiyası
Rusiya Qəbələ ərazisində yeni «Voronej-VP» radiolokasiya stansiyasının tikintisini 2019-cu ildə başa çatdıracaq. Bu stansiya Qəbələdəki «Daryal» tipli RLS-i əvəz edəcək.

Bu barədə «RİA Novosti»yə «Akademik Minç adına Radiotexnika İnstitutu» Açıq Səhmdar Cəmiyyətin baş direktoru Vladimir Savçenko bildirib:

«Stansiyanın quraşdırılması 2017-2019-cu illərə planlaşdırılsa da, hər şey hörmətli qonşularımızın iradəsindən asılıdır. Yekun razılaşmalar siyasi səviyyədə möhkəmləndiriləcək».

V.Savçenko bildirib ki, «Daryal» stansiyası sökülməyəcək, çünki bu stansiya Azərbaycanın mülkiyyətindədir:

«Yeni quraşdırılacaq stansiya Rusiyanın mülkiyyəti olacaq. Bu, modul tipli stansiya olacaq. Yəni, bu stansiyanı istənilən vaxt sökərək başqa yerə aparmaq və yenidən quraşdırmaq mümkündür». /apa/
XS
SM
MD
LG