Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 10:38

"Ədəbi Azadlıq" Milli Müsabiqəsinə 300-dən çox yazar qatıldı


“Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinə əsər qəbulu martın 15-də başa çatdı.

Azadlıq Radiosunun mədəniyyət, ədəbiyyat portalı olan oxuzali.az-da keçirilən müsabiqəyə 309 yazar qatılıb. (ötən ilkindən 2 dəfə çox)

Müsabiqə şeir və hekayə nominasiyaları üzrə keçirilir.

Əsərlər ilkin mərhələdə münsiflərə imzasız təqdim ediləcək. Onların müəyyən etdiyi ilkin siyahılar təxminən 2 həftəyə açıqlanacaq.

İlkin olaraq şeirlərin 20-liyi açıqlanacaq. Müsabiqədə 149 müəllif öz şeirləri ilə iştirak edir.

Münsiflərin kimliyi açıqlanmır, bu, mayında keçiriləcək mükafatlandlrma mərasimində bilinəcək.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ HAQDA ƏTRAFLI OXU
XS
SM
MD
LG