Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:35

Zaqatalada zəlzələ olub


Arxiv foto
Arxiv foto
Mayın 13-ü yerli vaxtla saat 02:10-da Zaqatala rayonundan 11 km cənub-şərqdə zəlzələ olub. Yeraltı təkanların gücü episentrdə 4,5 bal olub. Episentr ətrafı ərazilərdə 4-3,5 bala qədər hiss olunub.
Xəbəri Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, insan tələfatı və tikililərdə dağıntılar olmayıb.
Zaqatalada ilk zəlzələ mayın 7-də 7 bal gücündə olmuşdu. Həmin gün axşam baş verən sonuncu güclü təkanlardan sonra rayonda 524 tikili uçub, 2235 tikili qəzalı vəziyyətə düşüb.

XS
SM
MD
LG