Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:30

Coelho-nu Azərbaycana Pen klub dəvət edib


Çingiz Abdullayev
Çingiz Abdullayev
-

Ədalət Əsgəroğlu:

“Mən Yazıçılar Birliyinin sədri Anar müəllimlə də, Pen klubun prezidenti, bizim birliyin katibi Çingiz Abdullayevlə də danışdım, onların mənə verdiyi məlumata görə, dəvət Pen klubun adından göndərilib və bu həftə yazıçı Azərbaycanda olacaq”.



Məşhur Braziliya yazıçısı Paulo Coelho ölkəsinin nüfuzlu qəzetlərindən olan "Folha de S.Paulo"ya müsahibəsində Azərbaycanan səfər edəcəyini bildirib.

Yazıçı deyib ki, "Mən indi yalnız maraqlı yerlərə getməyi qəbul edə bilərəm. Gələn həftə Azərbaycana gedirəm”.

Maraqlıdır, Paulo Coelho-nu Azərbaycana kim dəvət edib? Məsələ ilə bağlı kiçik araşdırma apardıq.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva “Oxu zali”na bildirib ki, Koelhonun səfəri ilə bağlı nazirlik tərəfindən rəsmi dəvət göndərilməyib.

“Mən məzuniyyətdə olduğumdan iş günüm sabah başlayır, amma məlumatı bu dəqiqə bizim nazirliyin Nəşriyyat, Reklamın təşkili və İnformasiya şöbəsinin müdiri Vaqif Bəhmənli ilə dəqiqləşdirdim. Vaqif müəllim dedi ki, Mədəniyyət Nazirliyi tərəfindən Coelho ilə görüş nəzərdə tutulmayıb. Bilirsiniz, adətən bu cür görüşlər şəxsi münasibətlər görə təşkil edilir, yaxud yazıçının öz təşəbbüsü ilə gerçəkləşir. Məsələn, Coelho keçən il Rusiyaya səfər etmişdi. Mən Coelho-nun yaradıcılığını izləyən oxucu kimi onun Azərbaycana səfər etməsindən məmnun olardım”

Bakı Slavyan Universitetindən prorektor Asif Hacıyev və universitet nəşriyyatının direktoru Salam Sarvan bildirdilər ki, səfərlə bağlı onlarda xəbər yoxdur: “Bu dəvət universitetin rektoru yazıçı Kamal Abdullanın şəxsi təşəbbüsü ilə olsaydı belə, bizim xəbərimiz olardı”

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun sözlərinə görəsə, Paulo Coelhonun Azərbaycana səfərini Azərbaycan Pen klubu təşkil edib.

“Mən Birliyin sədri Anar müəllimlə də, Pen klubun prezidenti, bizim birliyin katibi Çingiz Abdullayevlə də danışdım, onların mənə verdiyi məlumata görə, dəvət Pen klubun adından göndərilib və bu həftə yazıçı Azərbaycanda olacaq”.

Çingiz Abdullayevdən şəxsən tanıdığı Coelho-nun səfəri, nəzərdə tutulan tədbirlərlə bağlı daha ətraflı məlumat almağa çalışacağıq.
XS
SM
MD
LG