Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 15:35

Obama seçkiləri udur

Prezident Barack Obama daha dörd il ABŞ-ın presidenti olacaq. Obama tərəfdarları Çikaqoda şənlik edir

18:24 6.11.2012
20:21 6.11.2012

ABŞ-da prezident seçkiləri davam edir. Artıq Havay adaları istisna olmaqla, bütün ştatlarda səsvermə məntəqələri açılıb.

Respublikaçıların prezidentliyə namizədi Mitt Romney qeydiyyatda olduğu Massaçusets ştatında səs verib, hazırkı vitse-prezident Joe Biden isə Delaver ştatında.

Barack Obama isə İllinoys ştatında öncədən səsvermə hüququndan istifadə eləmişdi.

Son sorğulara görə, Obama yelləncək və həlledici ştatlar - Florida, Ohayo, Virciniya, və Koloradoda Romney-dən daha çox səs toplayacaq.

21:34 6.11.2012
Romney və Biden səs veriblər
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00
Romney və Biden səs veriblər

Noyabrın 6-da ABŞ-da keçirilən prezident seçkisində Respublikaçıların namizədi Mitt Romney xanımı ilə birlikdə səs verib. İndiki vitse-prezident Joe Biden də Delaveri ştatında səsverməyə qatılıb. AP agentliyinin bu videosunda həmçinin Nyu-Yorkda oktyabrın sonlarında baş vermiş Sandy qasırğasından zərər çəkmiş bölgələrdə çadırlarda yaradılmış seçki məntəqlərində keçirilən səsvermə əksini tapır.
Romney və Biden səs veriblər
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00
23:04 6.11.2012
Sandy qasırğasının ziyan vurduğu ərazilərdə də səsvermə üçün şərait yaradılıb.

New York və New Jersey-də çadırlarda müvəqqəti seçki məntəqələri yaradılıb.

Qasırğadan sonra hələ də 1 milyon ev və biznes qurumu işıqsızdır. Minlərlə ev ya dağılıb, ya da onlara ciddi ziyan dəyib.

New York və New Jersey qubernatorlarının həmin ərazilərdə səsvermə üçün yaratdığı şəraiti alqışlayan və səs verənlər az olmayıb.

New York qubernatoru Andrew Cuomo deyib ki, “Biz hamının səs verməsini istərdik. Əgər kimsə məcburi köçkündürsə, bu o demək deyil ki, seçki imkanından da məhrum olmalıdır”.

Qasırğadan ziyan görmüş evlərin sakinlərinə yaşadığı ştatların istənilən başqa bölgəsindəki məntəqədə səs vermək şəraiti yaradılıb.

Davamı

XS
SM
MD
LG