Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 11:44

İlham Əliyevin ad günü tortu kəsildi - [Video]


Sumqayıtda 51 metr uzunluğunda tort bişirilib
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Sumqayıtda 51 metr uzunluğunda tort bişirilib

Sumqayıtın icra başçısı Eldar Əzizov ilk dəfə belə tortu Gəncədə icra başçısı olanda hazırlatdırıb. Onun iş yerini dəyişməsi ilə bu ənənə də Gəncədən Sumqayıta keçib.

-
Tort Sumqayıt şəhər icra hakimiyyətinin qarşısındakı Bayraq Meydanında kəsilib. 51 metr uzunluğunda tortun çəkisi 11 tondur.

Təşkilatçılar onun hazırlanmasına 22 min yumurta, 2 tona yaxın un, 1.5 ton şəkər, 310 kiloqram qoz sərf etdiklərini deyirlər.


Dekabrın 24-ü prezident İlham Əliyevin ad günü ilə əlaqədar Sumqayıtda 51 metr uzunluğunda tort hazırlanıb.

AzadlıqRadiosunun müxbiri bildirir ki, ətrafda xeyli polis əməkdaşı və şəhər sakini var.

Ötən il İlham Əliyevin 50 yaşı tamam olması münasibəti ilə Sumqayıtda 50 metrlik tort hazırlanmışdı. Hər il tortun uzunluğu 1 metr artır.

Dekabrın 24-də İlham Əliyevin 51 yaşı tamam olur.

Sumqayıtın icra başçısı Eldar Əzizov ilk dəfə belə tortu Gəncədə icra başçısı olanda hazırlatdırıb. Onun iş yerini dəyişməsi ilə bu ənənə də Gəncədən Sumqayıta keçib.
XS
SM
MD
LG