Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 17:48
Bakıda İsmayıllıdakı etirazlara dəstək aksiyası keçirildi
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Bakıda İsmayıllıdakı etirazlara dəstək aksiyası keçirildi

26 yanvar etirazlarının xronologiyası [Video-Foto]

Yanvarın 26-da Bakıda sosial şəbəkələr vasitəsilə təşkil olunan etirazlar baş verdi. Onun iştirakçıları İsmayıllı sakinərinin etriaz çıxışları ilə həmrəy olduqlarını ifadə edir, onlara qarşı polis zorakılığını pisləyirdilər. Bakının mərkəzndəki aksiyanın qarşısını alan polis 100-ə yaxın adam saxlayıb, onlar məhkəmə cərimlərindən sonra buraxılıblar

22:51 26.1.2013
Nəsimi rayon Məhkəməsi bloqqer Emin Milli barəsində 15 sutka inzibati həbs qərarı verib.

Jurnalist Şahvələd Çobanoğlu və daha bir neçə nəfər avtobusla Bakının Lökbatan qəsəbəsinə aparılıb və orda sərbəst buraxılıb.
22:54 26.1.2013
İsmayıllı hadisələri ilə bağlı şahid qismində tanınan Vasif İbrahimov Bakıya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə gətirilib və sonra da həbs edilib. Vəkili Nəvaid Abbasov yanvarın 26-da Bakıya gəlib onunla görüşmək istəsə də, görüş verilməyib.

Bu barədə AzadlıqRadiosuna vəkili özü məlumat verib.

«Şahidi niyə həbs edirlər mənə aydın deyil. Bir də mənə dedilər, gəl, Bakıya görüş veriləcək. Amma çox cəhd etdim görüş vermədilər. Dedilər işi aparan müstəntiqin başı qarışıqdır, vaxtı yoxdur. Mən 20 ildir vəkillik fəaliyyəti ilə məşğulam. Birinci dəfədir belə halla üzləşirəm. Niyə müdafiə etdiyim adamlar görüşə bilməyim ki? Burda nə var ki?».

İsmayıllı rayon İcra Hakimiyyətindən rayonda tam sakitlik olduğu bildirilir. Amma ayrı-ayrı sakinlərdən aldığımız məlumatlara görə, sakitlik olsa da, həbslər davam etməkdədir.
22:58 26.1.2013
Ziya Bayramov 600, Elçin Cərullahzadə 600 manat cərimə olunub.

Türkel Aztürklə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıya 13 sutka həbs, Aygül Pənçəliyeva 400 manat cərimə olunub.
23:06 26.1.2013
Əbülfəz Qurbanlı - 13 gün həbs
‎Emil Bağırov - 400 azn cərimə
Turqut Qəmbər - 2500 azn cərimə
Aygül Pəncəliyeva - 400 azn cərimə
Ziya Bayramov - 600 azn cərimə
Elnur Cərçiyev - 600 azn cərimə

Davamı

XS
SM
MD
LG