Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 22:33

İntiqam Əliyev Praqada “Homo Homini” mükafatını qəbul edir


Intiqam Əliyevə Praqada mükafat təqdim olundu
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Intiqam Əliyevə Praqada mükafat təqdim olundu

Martın 4-də Praqada azərbaycanlı hüquqşunas, vəkil və insan haqları müdafiəcisi İntiqam Əliyevə "People in Need" insan haqları təşhkilatının mükafatı təqdim edilib.

“Homo Homini” adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.

Mükafat yüzlərlə yerli və xarici qonağın, insan haqları müdafiəçilərinin qatıldığı mərasimdə Çex Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri Karel Shwarcenberg tərəfindən təqdim olunub. Shwarcenberg mərasimdə çıxışında Azərbaycandakı insan haqları ilə bağlı vəziyyətə tənqidi fikirlər söyləyib. O, eyni zamanda Qərbi insan haqları problemlərinə daha həssas yanaşmağa çağırıb. Nazir Qərbin davranışını dəvəquşunun başını quma soxması kimi izah edib. Builki mükafatlandırma mərsiminin əsas simvolu da dəvəquşudur.

Mükafatın təqdimat mərasimində İntiqam Əliyev Azərbaycanda demokratiya və insan haqlarının ağır durumundan söz açıb. O, beynəlxalq aləmi demokratiyanın bərqərar olması və siyasi məhbusların azad edilmələri üçün səylərini artırmağa çağırıb.

Bugünkü mərasimdə insan haqları mövzusunda “People in Need One World” beynəlxalq sənədli filmlər festivalına da start verilib. Festivalda “Amazing Azerbaijan” adlı film də nümayiş olunur, rejissoru Liz Mermindir. Film Azərbaycanda insan haqlarının durumu və beynəlxalq aləmin münasibətinə həsr olunub.
XS
SM
MD
LG