Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:19
10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)
Gözlə

No media source currently available

0:00 0:07:39 0:00

10 mart "Əsgər ölümlərinə SON!" aksiyası...(əvvəldən sonadək)

100-ə yaxın aksiya iştirakçısı sərbəst buraxılıb - 10 mart- [Yeni VİDEO]

Azərbaycan Milli Ordusunda əsgərlərin qeyri döyüş şəraitində həlak olması halları davam edir. Vətəndaş cəmiyyəti fəalları hökumətdən bunun qarşısının alınmasını tələb edirlər. Bu tələblə martın 10-da Bakıda etiraz aksiyası keçirilir. Rəsmilər aksiyanın keçirilməsinə icazə verməyiblər.

14:37 10.3.2013
FƏVVARƏLƏR MEYDANINA GEDƏN YOLLAR BAĞLANIB

AzadlıqRadiosunun əməkdaşları xəbər verir ki, Sahil bağına, Fəvvarələr Meydanına gedən bəzi küçə və yollar bağlanıb. Xüsusən də Gənc Tamaşaçılar Teatrına gedən və “McDonalds”ın arxasındakı küçələrə nəzarət gücləndirilib.
Ərazidə xeyli sayda dəbilqəli polislər, mülkigeyimlilər var. Eyni zamanda, su şırnağı vuran maşınlar, çoxlu sayda avtobuslar da toplanıb.
14:49 10.3.2013
YAP TƏMSİLÇİLƏRİ FƏVVARƏLƏR MEYDANINDA

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov və Mübariz Qurbanlı Fəvvarələr Meydanındadır. Aksiyanın keçiriləcəyi ərazidə sakitlikdir. Hələlik burda polislər və jurnalistlər toplaşıblar.

15:12 10.3.2013
REZİN GÜLLƏLƏR ATILIB, SU ŞIRNAĞINDAN İSTİFADƏ EDİLİB

Aksiya başlayıb. Aksiyaçılar iki dəfə Fəvvarələr Meydanına doğru yürüş etmək istəyiblər. Ancaq polis onların qarşısını kəsib. Onlar aksiyaçıları dağıtmaq üçün rezin güllələr atıblar, eləcə də su şırnaqlarını işə salıblar.
Təxminən on adam saxlanıb.

Davamı

XS
SM
MD
LG