Keçid linkləri

2024, 27 Sentyabr, Cümə, Bakı vaxtı 15:16

Azərbaycan futbolunda 20 min dollarıq rüşvət qalmaqalı


Arxiv foto
Arxiv foto
-

“Futbol+” qəzetinin yazdığına görə, keçən ay “Bakı” ilə qarşılaşmada “Xəzər Lənkəran”ın 2:0 hesabı ilə qalib gəldiyi oyunda baş hakim Elçin Məmmədovun rüşvət alması iddiası hakimin cəzalandırılması ilə nəticələnib.

Qəzetin yazdığına görə “Bakı”nın prezidenti Hafiz Məmmədov PFL prezidenti Ramin Musayevdən futzal referisinin hakimlikdən uzaqlaşdırılmasını tələb edib. İddiaya görə hakim həmin oyunda hesabın taleyini müəyyən edən qərarlar üçün 20 000 ABŞ dolları rüşvət alıb.

Ramin Musayev də iddialara sübut istəyən, belə sübutları alandan sonra isə hakimi müdafiə etmək niyyətindən əl çəkib və “Bakı” rəsmisinə referinin idarəçilikdən uzaqlaşdırılacağına söz verib.

Hakim Elçin Məmmədov isə hakimlikdən uzaqlaşdırılmasından xəbərsiz olduğunu deyib: “Mənim bu haqda xəbərim yoxdur. Düzdür, ötən tur təyinat almadım. Ancaq bu, o demək deyil ki, cəzalandırılmışam və ya hakimlikdən uzaqlaşdırılmışam. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm”.

“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu “Qafqazinfo”ya açıqlamasında deyilənləri sadəcə olaraq bu klubun qələbəsinə salınan kölgə kimi qiymətləndirib:

““Xəzər Lənkəran” Bakı” görüşündən sonra belə bir məsələ ortalığa atıldı ki, guya biz hakimə rüşvət vermişik ki, qalib gələk. Rüşvət verənlə rüşvət alan qalıb bir tərəfdə, “Xəzər Lənkəran”ın adı hallanır. Məncə, rüşvət verən adamın kimliyini aydınlaşdırmaq lazımdır.

Allah şükür ki, oyun da canlı yayımlanırdı və hamı şahid oldu ki, “Xəzər” oyunu alnının təriylə udub. Xahiş edirəm ki, heç kəs “Xəzər Lənkəran”ın təmiz oyununa kölgə salmasın”.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə “Qafqazinfo”ya məsələ ilə bağlı ətraflı açıqlama verə bilməyəcəyini söyləyib:

“FİFA-nın və UEFA-nın qaydalarına əsasən biz oyundan əvvəl və ya sonra hakimlərin təyinatı, onların düzgün və ya səhv etdikləri barədə mətbuata məlumat verə bilmərik. Ona görə “Xəzər Lənkəran”-“Bakı” görüşündən sonra yaşanan hakim qalmaqalı ilə bağlı, həmçinin Elçin Məmmədovun hakimlikdən qovulması və ya qalmasına aid bir şey deyə bilmərəm Sadəcə olaraq ona diqqət yetirmənizi istərdim ki, “Xəzər Lənkəran” Bakı” və ya “Neftçi” “Qarabağ” oyunlarından sonra nə Elçin Məmmədov, nə də ki, Anar Salmanov təyinat alıblar”.
XS
SM
MD
LG