Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:35

Avro-2020 üçün Bakının namizədliyi irəli sürüldü


Ukraynada Avro-2012
Ukraynada Avro-2012
-
Prezident İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi haqda sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, belə bir mötəbər yarışın Bakıda keçirilməsi Azərbaycanda futbolun daha da inkişafına və idman aləmində Azərbaycanın nüfuzunun artmasına kömək edər.

Sərəncama əsasən, Bakının namizədliyinin qəbul edilməsi üçün sifariş kitabı hazırlanacaq və Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) təqdim ediləcək.

Kitabın hazırlanması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) həvalə olunur.

Dekabrın 6-da UEFA İcraiyyə Komitəsi Avro-2020-nin final mərhələsinin bir və ya iki ölkədə deyil, müxtəlif şəhərlərdə keçirilməsi barədə qərar çıxarıb.

Namizədlər siyahısında Bakıdan başqa rəsmən 13 şəhərin adı keçir: Amsterdam, Afina, Bazel, Berlin, Brüssel, Zaqreb, Lissabon, London, Madrid, Moskva, Paris, Roma və İstanbul. Şəhərlərin yekun siyahısı hələlik elan olunmayıb.
XS
SM
MD
LG