Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:29

Goranboyda yaralanan əsgər Bakıda vəfat etdi


Arxiv foto: Azərbaycan əsgəri
Arxiv foto: Azərbaycan əsgəri
-

Bu il martın 30-da Goranboydakı «N» saylı hərbi hissədə yaralanan əsgər Toğrul Abdullazadə mayın 23-də vəfat edib. Bu haqda AzadlıqRadiosuna əsgərin qohumu Cavid Cabbarlı məlumat verib:

«Bizə belə məlumat verdilər ki, Toğrula əsgər yoldaşı Samir Əliyevin avtomat silahından açılan atəş dəyib. Samir Əliyev ilkin ifadəsində deyib ki, atəş ehtiyatsızlıqdan açılıb. Ancaq sonrakı ifadəsində qəsdən vurduğunu deyib. Hazırda cinayət işi davam edir. Aprelin 5-nə qədər əsgər Gəncə hospitalında qalmışdı. Aprelin 5-də Bakıya gətirdilər. O gündən bu günə qədər koma vəziyyətində idi. Bu gün səhər vəfat elədi».

Müdafiə nazirliyi hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verdiyini bildirib.

19 yaşlı Toğrul Abdullzadə 1 il 3 ay idi orduda xidmət edirdi. İyul ayında tərxis olunacaqdı.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərin ölüm faktını təsdiqləyib.

2013-сü ildə Azərbaycan ordusu 32 nəfər itki verib. Onlardan 5-i döyüş, 27-si isə qeyri-döyüş şəraitində həlak olub.

Cari ildə 34 nəfər yaralanıb və ya xəsarət alıb.
XS
SM
MD
LG