Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:53

Türkiyədə etirazlar davam edir


Taksmim meydanında etiraz aksiyası
Taksmim meydanında etiraz aksiyası
İstanbulda etiraz aksiyası davam edir.Taksim meydanındakı aksiyaya qoşulmaq üçün bu gün küçələrə minlərlə adam çıxıb.

Onlar baş nazir Recep Tayyip Erdoganı ölkəyə və etirazlara məhəl qoymamaqda günahlandırırlar.Baş nazir etirazların təcili dayandırılmasını tələb etsə də aksiyaçılar gecəni Taksim meydanında keçiriblər.

Həftə boyu Ankara və İstanbul da daxil olmaqla ölkənin müxtəlif şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilib. Polis nümayişləri dağıdarkən 2 nəfər ölüb, yüzlərlə adam xəsarət alıb və saxlanıb.

Erdogan bildirib ki, bu aksiyaları ekstremist qüvvələr təşkil edib. Etirazlara baxmayaraq O, bu gün partiyasının iclasını keçirib.

Mayın 31-də İstanbulun Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya, az sonra baş nazir Erdogana qarşı yönəldi.
XS
SM
MD
LG