Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:25

Milyon-milyon qızılgül!..


Niko Pirosmani haqda kitab
Niko Pirosmani haqda kitab
-
AzadlıqRadiosunun “İz” proqramı bu həftə əfsanəvi gürcü rəssamı Niko Pirosmaninin ömür yoluna həsr olunub.
100 il öncə Tiflisdə- Kür çayının sol sahilində qəribə bir adam yaşayırmış.
Deyilənə görə, qəribə şəkillər çəkən bu qəribə adamı o dövrün Tiflisində hamı tanıyırmış.
Ucaboylu, solğun bənizliymiş.
Saatlarla bu qədim şəhərin küçələrini dolaşar, meyxanalarda gecələyər, həmişə öz dünyasında olarmış.
Kinto Niko tiflisliləri çəkdiyi rəsmlərdən çox sevgisi ilə heyrətləndiribmiş.
Tiflisə qastrola gələn Marqarita adlı aktrisaya vurulan Niko tələm-tələsik evini, dükanını satıb, milyonlarca qızılgülə çevirib sevdiyinin ayaqları altına səpibmiş.
Uzun-uzun illərdən sonra bu sevgi tarixçəsi mahnıya dönüb (söz A.Voznesenski, mus. Raymonda Pauls, ifa Alla Puqaçova) Nikonun tabloları kimi dünyanı gəzəcəkdi.
«Qəribə adam və ya milyonlarca qızılgül» adlandırdığımız bu radio dastanda dünyadan gəlib-keçmiş ən qəribə adamdan, ən qəribə eşqdən söz açırıq--Niko Pirosmanini yad edirik.
Niko Pirosmaninin həyat tarixçəsini «rəssamlığında şair, şairliyində rəssam» olan Adil Mirseyid danışır...
AzadlıqRadiosundan bütün dünyaya “milyon-milyon qızılgül” səpək!
XS
SM
MD
LG