Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:52

Yazıçılar Birliyi İlham Əliyevi dəstəklədiyini bəyan etdi


ANAR
ANAR
-
Yazıçı Anarın rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin Katibliyi sentyabrın 30-da iclas keçirib.

APA-nın məlumatına görə, iclasda prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunub:

«Seçkilərin tam demokratik şəraitdə şəffaflıqla keçiriləcəyinə ümid bəsləyən toplantı iştirakçıları siyasi debatların sivil şəkildə, etik çərçivələrdə keçirilməsinin vacibliyini vurğulayıb».

Yazıçılar Birliyindən bildiriblər ki, iştirakçıların ümumi rəyinə görə, prezidentliyə iddiaçılar bir-birinə düşmən gözü ilə deyil, siyasi opponent kimi baxmalıdırlar:

«Siyasi müzakirələr və mübahisələr cəmiyyətdə amansız qarşıdurmaya səbəb olmamalıdır. Azərbaycan payızı heç vəchlə ərəb baharına çevrilə bilməz».

İclasda iştirak edənlər seçkilərdə İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər və ədəbi ictimaiyyəti İlham Əliyevə səs verməyə çağırıblar.
XS
SM
MD
LG