Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:44

E.Abdullayevin videolarında adı keçən daha bir nəfər saxlanıb


Elshad Abdullayevin gizli videosu-3 (Sahib "Qorbaçov"la görüş)
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Elshad Abdullayevin gizli videosu-3 (Sahib "Qorbaçov"la görüş)

-
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yayımladığı videolarda adı hallanan Mirsahib Məcidov saxlanıb. O, dələduzluqda ittiham olunur.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Mirsahib Məcidov Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıb. O, Beynəlxalq Universitetə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.

E. Abdullayev iddia edir ki, bu adamı Bakıda «Kəkilli» və ya «Qorbaçov» ləqəbi ilə tanıyırlar.
Eldaş Abdullayev Mirsahib Məcidovla söhbətinin gizli görüntülərini bu ilin iyulunda yayımlayıb. Videoda Mirsahib Məcidov Elşad Abdullayevə qardaşının Novxanıda bağlarından birində saxlandığını deyir. Mahir Abdullayevin oğurlanmasında əsas rolu Qulu Cəfərov oynadığını söyləyib. Qulu Cəfərovun Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Akif Covdarov durduğunu deyib. Mahir Abdullayevanın müğənni Mətanət İsgəndərlinin evindən huşsuz vəziyyət oğurlandığını söyləyib.
XS
SM
MD
LG