Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:36

Rusiyada nüfuzlu ədəbi mükafatın qalibi açıqlandı


gazeta.ru
gazeta.ru
-

Rusiyanın nüfuzlu ədəbi mükafatlarından olan “НОС”un qalibi açıqlanıb.

Mükafata «Харбинские мотыльки» romanına görə Andrey İvanov layiq görülüb. (Romanı burda oxu)

Andrey İvanovun «Харбинские мотыльки» romanının qəhrəmanı Boris Rebrov fotoqrafdır. Mühacirdir. Hadisələr 1920-40-cı illər arası Estoniyada baş verir. Çətinliklə dolanan fotoqraf hər açılan sabahın sonuncu olacağı qorxusu ilə yaşayır. Başına müxtəlif hadisələr gəlsə də, hər şeyə dözür. Amma sığınacaq tapdığı bu azad ölkəni də tərk etməli, bolşeviklərin təqibindən canını qurtarmaq üçün İsveçə qaçmalı olur - 1940-cı ildə SSRİ Estoniyanı işğal edəndən sonra...

Bu əsər bu ilki "Rus bukeri" mükafatının qisa siyahısına da düşmüşdü.

НОС («Новая словесность») mükafatını milyarder Mixail Proxorovun Fondu təsis edib. Mükafatın dəyəri 700 min rubldur (təxminən 23 min dollar).
XS
SM
MD
LG