Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 22:20

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
19:41 18.2.2014
Avromaydan həlledici məqam qarşısında. Hökuümət noyabr ayından davam edən etirazlara son qoymaq qərarında qəti olduğunu nümayiş etdirir. Avromaydana hücum gözlənilir. Hadisələrlə maraqlanırsan, AzadliqRadiosunu izləməyi unutma, biz baş verənlər haqda ən son yenilikləri canlı bloqda yerləşdiririk.

19:36 18.2.2014
Ukrayna hadisələrindəki son dəyişikliklər AzadliqRadiosunun İşdən sonra proqramında müzakirə olundu

19:30 18.2.2014
18:54 18.2.2014
Kiyevdə metro işini dayandırıb. Avromaydan ətrafına polis qüvvələri çəkilir. Maydan polisi qarşıamağa hazırlaşır, Kiyevliləri Maydana toplaşmağa, Berkuta müraciət edərək güc işlətməmək çağırışı səslənir. Ukraynanın qərb bölgələrindən Kiyevə kömək üçün səfərbərlik elan olunduğu bildirilir.

Avromaydandan canlı yayım.

Davamı

XS
SM
MD
LG