Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 16:27

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
02:54 19.2.2014
Batkivşina (Vətən) partiyasının sədr müavini Oleksander Turchinov AzadliqRadiosunda
Batkivşina (Vətən) partiyasının sədr müavini Oleksander Turchinov AzadliqRadiosunda


Müxalifətçi A.Turchinovu snayperlə vurublar. Avromaydanda elan olundu ki, maydanın səhnəsində nitq söyləyənlərə snayperlər atəş açırlar. Turchinovun səhhəti haqda məlumat verilmir. Avromaydanın bir hissəsini əla alan Ukrayna polisi etirazçıları maydanın mərkəzində tutduqları mövqelərdən sıxışdırmağa çalışır.
02:15 19.2.2014
Avromaydan. Fevralın 19-na keçən gecə
Avromaydan. Fevralın 19-na keçən gecə


Alovla əhatə olunmuş Avromaydanın sonuncu müdafiə səddinə hücum edən Berkut güclü müqavimətdən sonra geri çəkildi.
01:56 19.2.2014
Maydan haqda son xəbərlər

- DİN elan edib ki, Kiyevə giriş bağlanır. Kiyev meri özəl nəqliyyat şirkətlərinə təklif edib ki, işçilərinə istirahət günü elan etsinlər. Ukraynanın qərb bölgələrindən Kiyevə yönələn Avromyadan tərəfdarlarını güclü nəqliyyat blokadası gözləyir.
- Vaxtilə Yanuvovychin ən güclü tərəfdarı olan Donetskli iş adamı Rinat Akhmetov tökülən qanda hər iki tərəfi günahlandırıb.
- Klitschko-nun Yanukovychlə görüşə getdiyi bildirilir.
- İsveç Xarici işlər naziri deyir Ukrayna faciəzinin qarşıdını ancaq 1 ala bilər - prezident
01:23 19.2.2014
Toqquşma qurbanlarının sayı (azından yayılan məlumatlarda) artır. Maydan son vəziyyət: Berkut maydanın özəyinə - mitinqlərin getdiyi əraziyə hələ ki, hücum etmir. Səbəbi bilinimir, ya müqaviməti qıra bilmirlər, ya da kütləvi qırğından ehtiyyat edirlər. Amma sonuncu dairədə müqaivimət həqiqətən də güclüdür.

İndicə, Maydan ərazisində elektrik cərəyanı kəsildi. Canlı yayım verən TV kanallar mobil enerji mühərriklərindən istifadə etdiklərini deyirlər. Maydanda xəbər yayıldı ki, dəyənəklə silahlanmış "tituşkalar" (Yanukovych tərəfdarları) meydana hücum etməyə hazırlaşırlar.

AzadlıqRadiosu Ukrayna xidmətinin canlı yayımı

Davamı

XS
SM
MD
LG